HƏMYERLİSİNİ DƏMİR PARÇASI İLƏ VURDU, BU GÜN AZADLIĞA ÇIXDI

HƏMYERLİSİNİ DƏMİR PARÇASI İLƏ VURDU, BU GÜN AZADLIĞA ÇIXDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün əfv edilən məhkumların arasında törətdiyi cinayətlərlə diqqət çəkənlər var. Tribuna.az-ın xəbərinə görə, iki il əvvəl həbs edilən 2000-ci il təvəllüdlü Abbaslı Nazim Araz oğlu da onlardan biridir. O, 2020-ci ildə Göygöldə həmyerlisi, 1981-ci il təvəllüdlü Niftəliyev Natiq Nizami oğlu ilə mübahisə edib.
Bu zaman N.Abbaslı dəmir parçası ilə Niftəliyev Natiqin qarnına xəsarət yetirib. Natiq xəstəxanaya yerləşdirilib, onun həyatı xilas olunub. Cinayəti törədən şəxs iki il sonra bu gün əfvə düşüb.