Türkiyəli məşhur komediyaçı Hasan Can Kaya uzun müddətdir birlikdə olduğu sevgilisi Duyğu Karabaş ilə ailə həyatı qurub.
Tribuna.az Milli.az-a istinadla xəbər verir ki, cütlüyün nikah mərasimi ABŞ-da baş tutub Məlumata görə, dil təhsili almaq üçün ABŞ-a gedən Hasan Can Kaya toyunu da burada keçirib.
36 yaşlı komediyaçı evlilik xəbərini sosial şəbəkə hesabında paylaşdığı toy fotoları ilə açıqlayıb. O, paylaşımına “Dünən belə bir şey oldu” sözlərini yazıb.
Qeyd edək ki, Hasan Can Kaya və Duyğu Karabaşın ötən ilin mart ayında evlənmək qərarı verdikləri bildirilirdi.










