Haluk Ləvəntə görə bu məşhur da saxlanıldı – Video

Haluk Ləvəntə görə bu məşhur da saxlanıldı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin məşhur “YouTube” layihəsi Babala TV-nin qurucusu Oğuzhan Uğur “AHBAP” Dərnəyi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Tribuna.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğunun “AHBAP” Dərnəyinə dair apardığı istintaq çərçivəsində Maliyyə Cinayətləri Bürosunun keçirdiyi əməliyyat zamanı Oğuzhan Uğur da daxil olmaqla ümumilikdə 7 nəfər saxlanılıb.
Bildirilib ki, əməliyyat 6 fevral 2023-cü il Kahramanmaraş zəlzələlərindən sonra “AHBAP” Dərnəyi ilə həyata keçirilən fəaliyyətlərlə bağlı aparılan araşdırma çərçivəsində keçirilib.
Qeyd edək ki, daha əvvəl eyni istintaq çərçivəsində “AHBAP” Dərnəyinin təsisçisi Haluk Levent də daxil olmaqla 14 nəfərin həbs edildiyi bildirilmişdi.
Oğuzhan Uğur istintaq başladıqdan sonra verdiyi açıqlamada bunları demişdi:
“Dövlətin rəsmi qurumlarından kənar hərəkət etməməyin vacibliyini gördük. Şəxsim adına çıxarmalı olduğum nəticələri də çıxardım. Əgər zəhmətlə qazandığımız bir qəpiyə belə kölgə düşübsə, məbləğindən asılı olmayaraq sonadək mübarizə aparacağıq”.

Gülşən Rəsul