GÜRCÜLƏR KREMLİ, BİZ İSƏ HƏRƏKAT LİDERLƏRİNİ GÜNAHLANDIRIRIQ

GÜRCÜLƏR KREMLİ, BİZ İSƏ HƏRƏKAT LİDERLƏRİNİ GÜNAHLANDIRIRIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Eyni ssenari ilə 89-un aprelində gürcülər də qətlə yetirilmişdi. Heç bir gürcü o vaxtkı hərəkat liderlərini günahlandırmır. Düşmən olaraq indi də Kremli göstərirlər.

Tribuna.az xəbər verir ki, bu məlumatı həkim, 20 Yanvar hadisələrinin şahidi Vaqif Qarayev paylaşıb. O bildirib ki, illər keçsə də bizdə hələ də hərəkat liderlərini günahlandırırlar:

“1990-cı il yanvarın 19-da Kremldə çıxışı zamanı Qorbaçov dedi ki, Azərbaycanda İslam dövləti qurmaq istəyirlər, bunun qarşısı alınmalıdı. Xalqı qırmaq üçün istənilən nağılı uydururdu bu qatil.
İllər keçsə də bu faciəyəyə görə bizdə hərəkat liderlərini günahlandıranlar az deyil”.