Bu gün məhkəməsi keçirilən Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixael Saakaşvili tanınmaz hala düşüb.
Tribuna.az xəbər verir ki,məhkəmə prosesinə müalicə aldığı xəstəxanadan onlayn formada qoşulan sabiq prezidentin həddən artıq çəki itirdiyi görünür. Saakaşvili həbs müddətində 20-25 yaş qocalıb.
Xatırladaq ki, Mixeil Saakaşvilinin vəkilləri onun cəzasının təxirə salınması və ya cəzadan azad edilməsi üçün məhkəməyə müraciət ediblər.











