Almaniya kansleri Olaf Şolz, Fransa prezidenti Emmanuel Makron və Polşa prezidenti Anjey Duda Parisdə Ukrayna üçün təhlükəsizlik təminatı məsələlərini müzakirə edəcəklər.
Tribuna.az xəbər verir ki, bu barədə “Politico” Fransa rəsmilərinə istinadən məlumat yayıb.
Üç ölkə liderinin Paris görüşü gələn həftə, bazar ertəsi günü keçirilməlidir.
İclasda bu ilin iyulunda baş tutacaq NATO sammiti ərəfəsində Kiyevin NATO-ya üzvlüklə bağlı bəyanatı və Ukraynanın təhlükəsizlik təminatları müzakirə olunacaq.
Xatırladaq ki, ötən həftə Makron Ukrayna üçün etibarlı təhlükəsizlik təminatları almağa çağırıb.
Onun sözlərinə görə, Kiyevə NATO-ya daxil olmaq üçün konkret yol təklif etmək lazımdır.
Öz növbəsində Almaniya kansleri qeyd edib ki, hazırda bütün diqqət Ukraynanın Alyansa üzvlüyünə deyil, Ukraynaya hansı yolla dəstək ola biləcəyinə yönəlməlidir. Polşa tərəfi də öz növbəsində Ukrayna üçün ciddi təhlükəsizlik zəmanəti tələb edib.









