FRANK HUQERBİTSİN MİSİRDƏ ZƏLZƏLƏ PROQNOZU MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

FRANK HUQERBİTSİN MİSİRDƏ ZƏLZƏLƏ PROQNOZU MÜZAKİRƏLƏRƏ SƏBƏB OLDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Huqebits, zəlzələlərin Yupiter, Mars və digər planetlərin mövqelərindən qaynaqlandığını göstərir. Mütəxəssislər belə bir şeyin mümkün olmadığını deyirlər.

Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, bir Kahramanmaraş mərkəzli zəlzələləri proqnozlaşdırdığı iddia edilən Frank Huqerbits yeni açıqlamaları ilə Misiri çaşdırıb.

Huqerbits yayımladığı yeni videoda Türkiyədən sonra qonşu ölkələrdə güclü zəlzələ ehtimalı ilə bağlı proqnozlar verib.

Maraş zəlzələlərindən sonra son günlərdə bölgə daxilində təzyiq paylanmasında dəyişiklik olduğunu iddia edən Huqebits, Livan və ya Misirdə böyük bir zəlzələnin ola biləcəyini iddia edib: “İnsanlar məndən Livanda, hətta Misirdə böyük zəlzələ olacağını soruşurlar. Çünki bu ölkələrin tarixinə nəzər salsaq, onlar böyük seysmik aktivliyə məruz qalıblar”.

Huqebitsin sözləri qonşu ölkələrdə zəlzələ qorxusunu artırsa da, misirli alim belə bir hadisənin proqnozlaşdırıla bilməyəcəyini vurğulayıb.

Misir Milli Tədqiqat Astronomiya və Geofizika İnstitutunun zəlzələ şöbəsinin müdiri Dr. Şərif Əl-Hadi Huqerbitsin açıqlamalarına cavab verərək, Misirdə tezliklə zəlzələ olacağına dair heç bir elmi dəlil olmadığını bildirib.
Dünyada zəlzələləri təxmin edə biləcək heç bir alətin olmadığını deyən Əl-Hadi, “Bunlar elmi sübutu olmayan sözlərdir” deyib.
Alim Misirin zəlzələ bölgələrindən uzaqda olduğunu və zəlzələlərin Türkiyədəki qədər güclü olmasının mümkün olmadığını bildirib.

Tribuna.az