“Finoko” bank olmayan kredit təşkilatı ASC 8 nəfərin evindən çıxarılması üçün məhkəməyə müraciət edib.
Tribuna.az xəbər verir ki, “Finko” Əzizov Arif, Əzizova Səmimə, Əzizov Xaqan, Əzizov Məhəmməd, Əzizova Fəhimə, Əzizova Cavid, Qurbanova İlahə, Qurbanova Zərniyarın yaşadıqları mənzildən çıxarılması üçün iddia qaldırıb.
İşə baxan Sumqayıt şəhər məhkəməsinin hakimi Əfqan Ələkbərovun sədrliyi ilə baxılacaq. Tərəflər arasına ilk iclas iyun ayının 23-də keçiriləcək.









