EVLƏRİN SIĞORTALANMASI MƏNZİL BAZARINA NECƏ TƏSİR EDƏCƏK?

EVLƏRİN SIĞORTALANMASI MƏNZİL BAZARINA NECƏ TƏSİR EDƏCƏK?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mənzillərin icbari sığortası evini kirayə verənlərə daha çox sərf edəcək. Çünki kirayə verilən mənzildə hər hansısa hadisə, yanğın, subasma baş verəcəyi tədirdə ev sahibinə dəyən zərəri sığorta şirkəti qarşılayacaq. Bu kirayə qalana da, ev sahibinə də sərf edən ən unikal variantdır.

Bu sözləri Tribuna.az-a əmlak eskeperti Elnur Fərzəliyev 1 iyun tarixindən etibarən evini sığortalamayan şəxslərin cərimələnməsinə başlanılmasının mənzil bazarına edəcəyi təsirlərdən danışarkən deyib. Ekspert bildirib ki, evini kirayə verən şəxslər evlərin sığortalanmasında daha maraqlı olacaqlar:

“Hər hansısa hadisə baş verəndə kirayə qalanla ev sahibi arasında mübahisə yaranırdı, məhkəmə çəkişmələri olurdu. Sığortalanmış evlə bağlı bu cür problem yaşanmayacaq. Nəzərə almalıyıq ki, Bakı şəhərində ən ucuz mənzil 300 manatdan başlayır. Bu artan xətt üzrə də gedir. İldə bir dəfə mənzil üçün 50 manat sığorta ödəmək mənzilin kirayə qiymətinə heç bir təsir etməyəcək”.