“Ailə Park” MTK vətəndaşı məhkəməyə verib. Tribuna.az xəbər verir ki, işə iyunun 8-də Bakı Apelyasiya Məhkəməsinin hakimi Vahid Sadıqov sədrlik edib. Şirkət Rəhmanova Cavahirxanım Rizvan qızı ilə bağlı iddia qaldırıb. İş mülkiyyət hüququ ilə əlaqədardır.
Bu şirkətin adı Nərimanov rayonunda bir sır qanunsuz işlərdə hallanıb. Qeyd: “Ailə Park” QSC-nin direktoru Mədətov Hüseyn Emin oğlu Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsilə ittiham olunur.
\İttihama görə, o, Bakı şəhəri, Nərimanov rayonu, Təbriz, Həsənoğlu və A.M.Cümə küçələrinin kəsişməsində yerləşən istifadəyə yararsız evlərin sökülərək yerində çoxmərtəbəli “Whitestone Towers” yaşayış kompleksinin inşası aparılarkən cəmiyyətin işçiləri tərəfindən aparılan söküntü işlərinə lazımı qaydada nəzarət etməyib və müvafiq tapşırıqlar verməyib.
Belə ki, qeyd olunan yaşayış və qeyri-yaşayış sahələrinin saxlanılmasının təmin etməməsi və sökülmələrinin qarşısını almaması nəticəsində 2022-ci ildə 4 vətəndaşa məxsus xüsusi mülkəyyətlərində olan əmlaklar sökülüb və həmin vaxt orada olan əşyalar məhv olunub. Nəticədə zərərçəkmiş şəxslərə ümumilikdə 728 893 manat dəyərində ziyan dəyib. Vətəndaşların şikayəti əsasında saxlanılan şirkət direktoru barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbir seçilib. Bundan başqa, Nərimanov ərazisində “Ailə Park” MMC tərəfindən qəsdən qurudulduğu və təbiətə ümumilikdə 11760 manat məbləğində ziyan dəydiyi müəyyən edilib: “Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib”.









