ƏSRİN FƏLAKƏTİ ƏRZİNCAN ZƏLZƏLƏSİNİ NƏDƏ QABAQLADI?

ƏSRİN FƏLAKƏTİ ƏRZİNCAN ZƏLZƏLƏSİNİ NƏDƏ QABAQLADI?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin 11 şəhərini yerlə yeksan edən dəəhşətli zəlzələ qurbanlarının sayına görə Ərzincan zəlzələsini keçib.

Tribuna.az xəbər verir ki, 6 fevral tarixində baş verən 7.7 və 7.6 bal gücündə olan zəlzələ böyüklüyünə və dağıntı miqyasına görə 1939-cu ildə baş vermiş dəhşətli Ərzincan zəlzələsi ilə müqayisə edilirdi.
Ərzincan zəlzələsində 116 min 720 bina tamamilə dağılmış, hadisə nəticəsində 100 min dən çox insan yaralanmış, 32 min 968 nəfər isə dünyasını dəyişmişdi.
6 fevral tarixində 11 şəhərdə qeydə alınan zəlzələdə isə 6444 bina dağılıb, ölənlərin sayı isə 35 min 184-ə çatıb. Hələ dağıntılar altında qalanlar da var ki, onların da ölü sayını artıracağı deyilir.