ERMƏNİSTAN ÜÇ BÖYÜK ÖLKƏDƏ HAZIRLIQ GÖRÜR

ERMƏNİSTAN ÜÇ BÖYÜK ÖLKƏDƏ HAZIRLIQ GÖRÜR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökuməti çoxtərəfli və çoxşaxəli iqtisadi əlaqələr qurmaq üçün ticarət-iqtisadi sahələri şaxələndirmək, ərəb, Avropa, Amerika və Asiya bazarları ilə daha çox işləmək niyyətindədir.

Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Vaan Kerobyan Milli Assambleyada büdcənin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, yaxın vaxtlarda Ermənistan Çin, Almaniya və Amerika Birləşmiş Ştatlarında ticarət nümayəndələrini təyin edəcək. Hazırda Ermənistanın İranda və Ümumdünya Ticarət Təşkilatında ticarət nümayəndələri var.

Onun sözlərinə görə, Ermənistanın İrana ticarət nümayəndəsi təyin etməsindən keçən iki il ərzində bu ölkə ilə ticarət dövriyyəsi iki dəfə artıb. “Biz hesab edirik ki, bu yaxşı göstəricidir. Amma siz onu da bilirsiniz ki, İranla ticarətin daha da inkişafı istiqamətində kifayət qədər maneələr var. Səbəblər həm obyektiv, həm də subyektivdir. Amma indi biz Çin, Almaniya və ABŞ-da ticarət nümayəndələrini təyin etməyi, həmçinin bu ölkələrlə əlaqələri inkişaf etdirməyi planlaşdırırıq”, – deyə nazir bildirib.

Rusiyada satış nümayəndəsinin olmasının mümkünlüyündən danışan Kerobyan vurğulayıb ki, Rusiya bazarı ilə işləmək bir qədər fərqlidir. “Biz Ermənistanla münasibətlərdə maraqlı olan bütün rusiyalı iş adamlarına tam açığıq və çalışırıq ki, bir şəxsə və ya quruma bağlı qalmayaq. Burada iş çoxşaxəlidir”, – Vahan Kerobyan bildirib.