Vəkil bildirib ki, İrəvan məhkəmənin Bakıya qarşı yolda maneəsiz hərəkəti tələb edən müvəqqəti tədbir tətbiq edəcəyini gözləyir.
Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Ermənistanın beynəlxalq hüquqi məsələlər üzrə nümayəndəsi Yeqişe Kirakosyan müsahibəsi zamanı bildirib ki, Ermənistan Azərbaycanın Laçın dəhlizində keçid məntəqəsi quraşdırması ilə bağlı ikinci dəfə Beynəlxalq Məhkəməyə müraciət edib.
“Yolda nəzarət-buraxılış məntəqəsi quraşdırıldıqdan sonra biz ikinci dəfə Beynəlxalq Məhkəməyə müraciət etdik. İrəvan Haaqadan Laçın dəhlizi ilə nəqliyyatın maneəsiz hərəkət etməsini tələb edərək, bu barədə yekun qərar qəbul olunana qədər Bakıya müvəqqəti tədbir tətbiq edəcəyini gözləyir”, – Kirakosyan bildirib.
Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Müvəkkili Aparatı da məsələ qaldırıb ki, Bakı nəinki BMT Məhkəməsinin müvəqqəti qərarlarına əməl etmir, həm də Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) qərarlarına məhəl qoymur.









