ERMƏNİSTAN BMT-NİN RUSİYANI TƏCAVÜZKAR KİMİ TANIYAN QƏTNAMƏSİNİN LEHİNƏ SƏS VERİB – FOTO

ERMƏNİSTAN BMT-NİN RUSİYANI TƏCAVÜZKAR KİMİ TANIYAN QƏTNAMƏSİNİN LEHİNƏ SƏS VERİB – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

BMT Baş Assambleyası Rusiyanın Ukraynaya təcavüzündən bəhs edən BMT və Avropa Şurası arasında əməkdaşlığa dair qətnamə qəbul edib.

Tribuna.az Hraparak nəşrinə istinadən xəbər verir ki, Ukraynanın BMT-dəki daimi nümayəndəsi bildirib ki, Rusiya qətnamədən Ukraynaya təcavüzə işarəni çıxarmaq istəyir, lakin sənəd lehinə 122 səslə qəbul edilib.

Digər ölkələrlə yanaşı, Ermənistan, Qazaxıstan, Çin və Türkiyə də qətnaməni dəstəkləyib.
Rusiya, Belarus, Nikaraqua, Suriya və Şimali Koreya qətnaməyə qarşı çıxıb.
Azərbaycan, Özbəkistan, Qırğızıstan, Tacikistan və digər 15 ölkə bitərəf qalıb.