Ermənilər 44 gündə nə qədər itki verib?

Ermənilər 44 gündə nə qədər itki verib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan İstintaq Komitəsi 44 günlük müharibə ilə sənədlərin bir qismini açıqlayıb.

Tribuna.az xəbər verir ki, istintaq müharibə zamanı ölən ermənilərin sayını qeyd edib.

Bildirilir ki, Vətən Müharibəsində məhv edilən erməniləri sayı 3833 nəfər olub. Onlardan 3755-i hərbçi, 78-i isə mülki şəxs olduğu iddia edilib. İtkin düşənlərin sayı isə 191 nəfər göstərilib.

Qeyd edək ki, Ermənistan İstintaq Komitəsinin açıqladığı rəqəmlər erməni cəmiyyəti tərəfindən real qəbul edilmir. Onlar hesab edirlər ki, itkilərin sayı açıqlanan rəqəmlərdən çoxdur. Hətta bəzi siyasətçilər bu rəqəmin 5000-5500 nəfər arasında dəyişdiyini qeyd edirlər.

Həmçinin ermənilərin itkilərinə Qarabağdakı separatçıların məhv edilmiş qüvvələri daxil edilməyib. Vaxtıyla Xankəndidəki separatçılar etiraf edirdilər ki, itki sayları 1200-1500 aralığında dəyişir. Hətta Ermənistanla separatçıların toplam itkilərinin sayının 7-11 min aralığınd dəyişdiyinə dair məlumatlar da mövcuddur.

Fərda Uğur