Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş vermiş dəhşətli zəlzələni 1939-cu il Ərzincan zəlzələsindən sonra ən böyük fəlakət adlandırıb.
Tribuna.az xəbər verir ki, Ərdoğanın sözünü etdiyi Ərzincan zəlzələsi Türkiyə tarixində baş vermiş dəhşətli təbiət hadisələrindən hesab edilir.
26-27 dekabr 1939-cu ildə Ərzincanda 7.9 bal gücündə baş vermiş zəlzələ zamanı ümumilikdə 32.962 nəfər həyatını itirib, 100.000-ə yaxın insan isə yaralanıb.
Zəlzələ nəticəsində 116 720 bina dağılıb. Dünyanın ən böyük zəlzələləri arasında sayılan bu zəlzələ Türkiyənin ən ciddi zəlzələ fəlakətlərindən biri kimi tarixə düşüb. İnsan tələfatının çox olmasının digər səbəbi isə sərt qış şəraiti səbəbindən yardımların çətin şəraitdə gəlməsidir. Zəlzələ 52 saniyə çəkib. Zəlzələ ilə əlaqədar Qara dəniz sahilindəki Fatsada sunami baş vermişdi.









