ƏRDOĞANDAN AÇIQLAMA: 912 VƏTƏNDAŞ HƏYATINI İTİRDİ

ƏRDOĞANDAN AÇIQLAMA: 912 VƏTƏNDAŞ HƏYATINI İTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident Rəcəb Tayyib Ərdoğan AFAD-ın qərargahında 7,7 bal gücündə zəlzələ ilə bağlı son məlumatları çatdırıb.

Tribuna.az Milliyet-ə istinadən xəbər verir ki, Kahramanmaraşın Pazarcık rayonunda 7,7 bal gücündə zəlzələ baş verib. Zəlzələ bir çox şəhərlərdə hiss olunub.
Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ ilə bağlı son məlumatları çatdırdı.

“Bu gecə saat 04:17-də keçən əsrdə yaşadığımız 1939-cu il Ərzincan zəlzələsindən sonra ən böyük fəlakətlə sarsıldıq. Mərkəzi Kahramanmaraşın Kazancık mahalı olaraq təyin olunan və son qiymətləndirməyə görə maqnitudası 7,7 olan zəlzələ geniş ərazidə hiss olunub. Dərinliyi 7 kilometr olaraq təyin olunan zəlzələ Kahramanmaraşla yanaşı, Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir və Adana vilayətlərində də dağıntılara səbəb olub.

AFAD, Qızıl Aypara kimi qurumlarımız öz qruplarını bölgəyə göndərdi. Başda Türkiyə Silahlı Qüvvələri və bələdiyyələrimiz olmaqla fəlakətlə bağlı təlim keçirən qurumlarımız növbəyə çağırılıb. Biz prioritetlərimizi axtarış və xilasetmə işlərinə verdik. Axtarış-xilasetmə işlərini 9 min personal həyata keçirir və bu rəqəm kənardan gələnlərlə daim artır. Binaların altındakı vətəndaşlarımızın aşkarlanması və xilasetmə işləri fasiləsiz davam edir.
Ankaradakı koordinasiya mərkəzimiz dərhal fəaliyyətə başladı. Nazirlərimiz işləri yerindəcə əlaqələndirməyə başladılar. Zəlzələ bölgəsinə ölkəmizin hər yerindən axtarış-xilasetmə qrupları göndərilib.

Tribuna.az