Prezident Rəcəb Tayyib Ərdoğan 1 May Əmək və Həmrəylik Gününü ilə əlaqədar sosial media hesabından mesaj paylaşıb.
Tribuna.az bildirir ki, Ərdoğan işçilərə xitabən paylaşdığı təbrik mesajında bunları qeyd edib:
“Sevgili işçi qardaşlarım, kapitanlıq edərək dolanışığını təmin edən veteran atanın oğluyam. Gəncliyində İETT-də fəhlə işləyən, tər tökən bir qardaşınızam. Əməyin, tərin, dostlarla isti çörəyi bölüşməyin xöşbəxtlioyini çox yaxşı bilirəm. Nə etdiksə birlikdə etdik, birlikdə uğur qazandıq. İnşallah Türk Əsrini yenidən sizinlə birlikdə quracağıq”.









