“Mayın 28-də seçki qutularını boş buraxmayın”.
Tribuna.az TRT-yə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada çıxışı zamanı deyib.
O bildirib ki, səs qutusu boş qoyulsa, kimsə gəlib onu dolduracaq:
Qeyd edək ki, prezident seçkilərinin ilk turunda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,52 faiz, müxalifət lideri Kılıçdaroğlu isə 44,88 faiz səs toplayıb.
Seçkinin ikinci turu isə 28 mayda keçiriləcək.









