ƏRDOĞAN NAMİZƏDLİYİNİ VERƏ BİLMƏYƏCƏK? TÜRKİYƏLİ NAZİR AÇIQLADI…

ƏRDOĞAN NAMİZƏDLİYİNİ VERƏ BİLMƏYƏCƏK? TÜRKİYƏLİ NAZİR AÇIQLADI…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ədliyyə naziri Bəkir Bozdağ prezident Ərdoğanın seçkilərdə namizədliyi ilə bağlı gedən müzakirələrə cavab verib.

Tribuna.az Türkiyə mediasıbna istinadən xəbər verir ki, Ərdoğanın namizədliyi ilə bağlı yaranmış problem çözülüb. Belə ki, onun namizədliyini irəli sürməsinin qanunauyğun olmadığı deyilirdi.

Bozdağ verdiyi açıqlamada heç bir problem olmadığını deyib:

“Heç bir problem yoxdur, prezidentimizin namizədliyi onun konstitusion hüququdur, qarşısında heç bir maneə yoxdur”.

Nazir bildirib ki, belə lazımsız müzakirələr ortaya atmaqdansa, yaxşı olar ki, hamı seçkiyə hazırlaşsın:

“Belə qanunlar uydurmaqdansa, hamı seçkiyə hazırlaşsın, meydanda yarışaq”.