ƏRDOĞAN İRƏLİDƏ, ERMƏNİSTAN MATƏMDƏ: 28 MAYDAN SONRA QARABAĞDA NƏLƏR OLACAQ?

ƏRDOĞAN İRƏLİDƏ, ERMƏNİSTAN MATƏMDƏ: 28 MAYDAN SONRA QARABAĞDA NƏLƏR OLACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə seçkilərinin ilk turunun nəticələri Ermənistanı yasa boğub. Tribuna.az məlumat verir ki, erməni siyasətçilər, politoloqlar indidən həyəcan təbili çalmağa başlayıb. Erməni analitiklər Ərdoğanın qələbəsindən sonra Qarabağ və Zəngəzur dəhlizi ilə bağlı proseslərin Azərbaycanın xeyrinə daha da inkişaf edəcəyinə proqnoz verirlər. Onlar ümid edirdilər ki, Kılıçdaroğlu qalib gələcək, Rusiya əleyhinə sanksiyalara qoşulacaq, Ankara ilə Moskva əlaqələri pozulacaq, bundan istifadə etməklə hansısa nəticələr əldə olunacaq. Amma onların arzusu həqiqətən qursağında qalmaqdadır. Gələn xəbərlərə görə, mayın 28-dən sonra Azərbaycan daha böyük addımlarla irəliləyəcək.