Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrandakı səfirliyimizə edilən terror hücumunilə bağlı paylaşım edib.
Tribuna.az xəbər verir ki, Ərdoğan xain hücumla bağlı Azərbaycana başsağlığı verib.
“Azərbaycanın Tehran Səfirliyinə edilən, bir mühafizə əməkdaşının şəhid edildiyi mənfur hücumu şiddətlə qınayıram. Azərbaycanlı ardaşlarımıza başsağlığı diləklərimizi çatdırır, yaralılarımıza acil şəfalar diləyirəm.
Türkiyə can dostu və qardaşı Azərbaycanın yanındadır”.










