Əməkdar artist xəstəxanaya yerləşdirildi – Əməliyyat olunacaq

Əməkdar artist xəstəxanaya yerləşdirildi – Əməliyyat olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt Dövlət Dram Teatrının aktrisası, Əməkdar artist Xatirə Süleymanovanın səhhətində problem yaranıb.

Tribuna.az  bildirir ki, bu barədə Qaynarinfo-ya teatrın direktor müavini Vidadi Məmmədov məlumat verib.

Onun sözlərinə görə, aktrisa xəstəxanaya yerləşdirilib və tibbi müayinələrdən keçirilir.

“Mədə-bağırsaq sistemi ilə bağlı diaqnoz qoyulub. Xüsusilə bağırsaqlarında problemlər aşkarlanıb. Hazırda həkim nəzarəti altındadır və əlavə müayinələr aparılır. Həkimlər onun yaxın günlərdə əməliyyat olunacağını bildiriblər”, deyə Vidadi Məmmədov qeyd edib.