Əməkdar artist Nicat Kazımovun oğlu Mirismayılın hərbi xidmətə yola salınıb.
Tribuna.az xəbər verir ki, rejissorun paylaşdığı videoda övladını xoş arzularla yola salması əks olunub.
Paylaşımına “Sağ-salamat get, qayıt. Allah qorusun” sözlərini əlavə edən Əməkdar artist qısa zamanda çoxsaylı təbrik və diləklər alıb.
Xatırladaq ki, Nicat Kazımovun digər oğlu Sənan Kazımov da aktyor kimi fəaliyyət göstərir.









