Əməkdar artist: “Kaş ailəmi qoruya biləydim”

Əməkdar artist: “Kaş ailəmi qoruya biləydim”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar artist Nahidə Orucova şəxsi həyatı ilə bağlı etdiyi açıqlama ilə diqqət çəkib.

 Tribuna.az xəbər verir ki, aktrisa iştirak etdiyi televiziya proqramında keçmişinə nəzər salaraq, həyatında bəzi qərarlardan peşman olduğunu etiraf edib. O, xüsusilə ailə həyatının dağılmasına görə zaman keçdikcə daha çox düşündüyünü və bəzi məqamlarda fərqli davranmağın mümkün olduğunu bildirib.

Nahidə Orucova ailə münasibətlərində yaranan problemlərə görə təkcə bir tərəfin günahkar olmadığını vurğulayaraq, hər iki tərəfin müəyyən səhvlərə yol verdiyini qeyd edib.

Sənətçi bununla yanaşı, bu gün həyatında ən böyük təsəllisinin teatr, övladı və nəvəsi olduğunu deyib. Onun sözlərinə görə, teatr uzun illərdir həyatının ayrılmaz hissəsinə çevrilib və ona mənəvi dayaq verir.

Aktrisa nənə olmağın ona xüsusi xoşbəxtlik bəxş etdiyini də vurğulayıb. O bildirib ki, uzun müddət bu hissi yaşamağı arzulayıb və nəvəsinin dünyaya gəlməsi həyatına yeni rəng qatıb.

Qeyd edək ki, Nahidə Orucovanın qızı Bilqeyis Fidan Qasımovanın oğlu Fəridlə ailəlidir. Aktrisanın səmimi etirafları sosial şəbəkələrdə də maraqla qarşılanıb./