İyunun 1-də Moldovada Avropa Siyasi Birliyinin sammiti keçiriləcək. Sammit çərçivəsində Əliyev-Paşinyan-Makron-Şolts görüşü gözlənilir. Hətta iki ölkə arasında sülh müqaviləsinin Kişinyovda imzalanması ehtimalı səslənir. Tribuna.az-ın analitik şöbəsi isə təhlil edib ki, 1 iyun sülh sazişi imzalanması real görünmür. Hazırda sərhəddə gərginlik, Rusiyanın Ermənistan tərəfdən KTMT missiyasını yerləşdirmək təklifi, İrəvanın avropalı müşahidəçilərdən şikayətlənməsi, Qarabağa silah daşınması yeni mürəkkəb vəziyyətə səbəb olub. Ona görə Rusiya Qərb liderlərinin iştirakı ilə sülh sənədi imzalanmasına mane olmağa çalışacaq. Sabah isə Moskvada nazirlər görüşür və ciddi nəticə əldə edilməyəcək.









