ƏL DƏYİŞDİ… İNDİ ERMƏNİSTAN ƏMRLƏRİ MOSKVADAN DEYİL, PARİSDƏN ALIR…

ƏL DƏYİŞDİ… İNDİ ERMƏNİSTAN ƏMRLƏRİ MOSKVADAN DEYİL, PARİSDƏN ALIR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan silahlı qüvvələri Azərbaycanla sərhəddə atəşkəsi yenidən pozmağa başlayıb. Həmçinin Qarabağda qanunsuz silahlı erməni dəstələri mövqelərimizi müxtəlif istiqamətlərdə atəşə tutub. Avropa İttifaqının mülki missiyasının Ermənistana 200 nəfərlik qurupunun gəlişi fonunda Ermənistan silahlı qüvvələrinin aktivləşməsi təsadüfi deyil. Görünür, təlİmat Kremldən deyil, E. Makronun ofisindən verilir.

Tribuna.az-ın məlumatına görə, bu fikirlərlə çıxış edən siyasi şərhçi Məhəmməd Əsədullazadən bildirib ki, Avropa İttifaqının müki missiyasının tərkibində Fransanın silahlı jandarma dəstələri var:

“Ermənistan təxribatlar həyata keçirməklə, Avropa İttifaqının anti-Azərbaycan bəyanatlar hazrlanmasına nail olmağa çalışır. Hərbi yolla Azərbayana təzyiq edə bilməyən rəsmi Yerevan Fransa ilə birgə siyasi yolla təzyiq etmək planına malikdir. Avropa İttifaqının mülki missiyası Ermənistanın təxribatları fonunda Fransanın təhriki ilə Azərbayacan əleyhinə hesabatlar hazırlaya bilər.

Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında silahlı erməni birləşmələrinin atəşkəsi pozması da eyni analoji xəttə xidmət edir. Görünür, Ermənistan sülh müqviləsinə hazır deyil və prosesi pozmaqla anti-Azərbaycan koalisiyası formalaşdırmağa çalışır.

N. Paşinyanın siyasəti anti-demokratik, sadist siyasətdən ibarətdir. Rəsmi Yerevanın Azərbaycana gödərdiyi sülh təklifində Qarabağda Avropa İttifaqının xüsusilə Fransanın misisyasının yerləşdirilməsi irəli sürülüb. Ermənistan baş naziri N. Paşinyan “bulanıq suda balıq tutmağa” çalışır. Onun bu siyasəti Ermənistan Türkiyə siyasətində”.

Tribuna.az