Cənubi Koreyada mavi gözlərlə doğulan Kim Miok və qızı Choeunun gördüyü münasibət dəhşətə gətirib.
Tribuna.az xəbər verir ki, Şərqi Asiyada nadir rast gəlinən göz rənginə sahib olan ana və qız uşaqlıqdan ətrafdakı insanların xoşagəlməz münasibəti ilə üzləşiblər. Kim Miokun sözlərinə görə, insanlar onlara bəzən “xəyalət” və “şeytan gözlü” deyə müraciət ediblər.
Qadın bildirib ki, qızı da eyni göz rəngi ilə doğulduqdan sonra insanların ona baxışları və digər uşaqların ondan uzaq durması davam edib.
Ana və qızı daha sonra televiziya proqramına çıxaraq gözlərini dəyişmək deyil, insanların fərqli görünüşə münasibətini dəyişmək istədiklərini bildiriblər.
Gülşən Rəsul









