Dünya bazarlarında neftin qiyməti artır

Dünya bazarlarında neftin qiyməti artır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin yanvar müqaviləsinin dəyəri 0,7% artaraq 1 barelə görə 95,27 ABŞ dolları təşkil edib.

Tribuna.az-ın məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin yanvar ayında ixrac etməklə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,79% artaraq 84,34 ABŞ dollarına bərabər olub.