“ABŞ və İsrail İrana qarşı hərbi hücum həyata keçirməyə hazırlaşır”.
Tribuna.az xəbər verir ki, bunu israilli jurnalist Edi Kohen bildirib.
Onun sözlərinə görə, Təl-Əviv və Vaşinqton bir çox məsələlərdə anlaşıblar.
NBC News telekanalı isə Ağ Evə istinadən xəbər yayıb ki, Tramp administrasiyası İran liderlərinə qarşı sui-qəsdləri nəzərdən keçirir. Məlumatda bildirilir ki, ABŞ administrasiyasının bəzi nümayəndələri İran liderlərinin aradan qaldırılmasının münaqişəyə son qoya biləcəyinə inanırlar.
Fərda Uğur









