Güneydə ana dilində danışanlara təzyiq edilir

Güneydə ana dilində danışanlara təzyiq edilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Güney Azərbaycanın Zəncan şəhərində orta məktəblərdə Azərbaycan türkcəsində danışan müəllimlərə xəbərdarlıq edilib. Tribuna.az xəbər verir ki, bu barədə məlumatı “TabrizOne” saytı yayıb.
Məlumata görə, xəbərdarlıq müəllimlərin dərs zamanı Azərbaycan türkcəsindən istifadə etməsi ilə deyil, ümumiyyətlə, bu dildə danışmaları ilə bağlı olub.

Fərda Uğur