Ekspert: “Bakı ilə sülh zaminlərlə birlikdə əldə olunmalıdır”

Ekspert: “Bakı ilə sülh zaminlərlə birlikdə əldə olunmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın yeni konstitusiyasının layihəsi Əliyev, Ərdoğan və Paşinyanın Ermənistanla bağlı fikirlərinin ümumi məcmusudur”.

Tribuna.az xəbər verir ki, bu iddianı erməni ekspert David Mkrtçyan səsləndirib.

O qeyd edib ki, bu layihə Ermənistan və erməni xalqı naminə deyil. “Bu,

Paşinyanın taxt-tacını və Ərdoğanla Əliyevin maraqlarını qorumaq naminə bir layihədir ki, bu da Ermənistanın dövlətçiliyinin dağıdılması prosesini başladacaq”.

Mkrtçyan hesab edir ki, hazırda sülhə ən çox ehtiyacı olan tərəf Ermənistandır. “Lakin, bu prosesdə zaminlər institutu olmazsa (model Azərbaycanla birlikdə müzakirə edilə bilər), onda Ermənistan dövlətçiliyinin gələcəyi gözlənilən dərəcədə pis olacaq. Sadə dillə desək, beynəlxalq səviyyədə tanınmayan Qarabağdan fərqli olaraq, Ermənistanın dövlətçiliyinin dağıdılması prosesi daha mərhələli şəkildə həyata keçirilməlidir. Və Paşinyan bu prosesin həyata keçirilməsi üçün ideal vasitədir”.

Fərda Uğur