TRIPP layihəsinin işə düşməsindən sonra İrandan davamlı olaraq mənfi yöndə siqnallar gəlməyə başlayıb.
Tribuna.az xəbər verir ki, Tehranın yüksək səviyyədə rəsmiləri buna qarşı olduqlarını bəyan ediblər.
Yerli ekspertlər isə dünəndən prosesə qoşulub. Belə ki, beynəlxalq təhlükəsizlik üzrə iranlı analitik Şahin Müdərris iddia edib ki, TRIPP layihəsi İrana ciddi ziyan vuracaq: “İran qırmızı xətt çəkib, qonşuları isə onun düz yanında yol çəkirlər. TRIPP layihəsi İran üçün problem yaradacaq”.
Fərda Uğur









