DMDT- İB  204 saylı tam orta məktəbdə layihəni yekunlaşdıtdı-VİDEO

DMDT- İB 204 saylı tam orta məktəbdə layihəni yekunlaşdıtdı-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrantı əsasında reallaşdırdığı “Evimiz-Dəyərlərimiz” layihəsini  Bakı şəhəri Ə. Əliyev adına 204 saylı tam orta məktəbdəki sonuncu hissə ilə yekunlaşdırdı.

Layihənin əhəmiyyəti, cəmiyyətimizə ötürdüyü mesajların önəmini nəzərə alaraq bu İctimai Birliyin sədri və layihənin müəllifi Əli Cəfərovun yekun tədbirdəki çıxışını çoxsaylı oxucularımız və izləyicilərimizlə bölüşürük. Düşünürük ki, “Evimiz – Dəyərlərimiz”in mövzusunu bütünlüklə əhatə edən belə yanaşmalar ailələrimizin, dəyərlərimizin və nəticədə xalqımızın hər bir övladının və gələcəyimizin qorunması yolunda əvəzsiz vasitə olacaq. Belə mövzuların daim gündəmdə saxlanılması hər birimizin müqəddəs vəzifəsinə çevrilməlidir.