Dövlət Gömrük Komitəsi (DGK) yeni tenderinin nəticəsini açıqlayıb.
Tribuna.az xəbər verir ki, qurum sərnişin dşımaq üçün iki ədəd mikroavtobus alacaq.
Məlumatda qeyd edilir ki, həmin mikroavtobuslardan biri 6+1 yerlik, digəri isə 8+1 yerlik olacaq. Bu tenderin qalibi isə “AUTO AZƏRBAYCAN” MMC olub. DGK iki nəqliyyat vasitəsini almaq üçün şirkətə 177 min manat ödəyəcək.
Fərda Uğur









