Rektorun məzun tenderi niyə alınmadı?

Rektorun məzun tenderi niyə alınmadı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Memarlıq və İnşaat Universitetinin məzun günü ilə əlaqədar tədbirin təşkili üçün elan etdiyi tender ləğv olunub.

Tribuna.az xəbər verir ki, müsabiqənin məbləği 113 min manat olub. AzMİU bura tədbir zalı, video çəkiliş, şou proqram, sənətçilərin ifası və digər xərcləri göstərsə də, tender baş tutmayıb. Maraqlıdır ki, bu xərclərə baxmayaraq yenə də 113 min manat böyük rəqəmdir.
Qeyd edək ki, bu universitetin rektoru Gülçöhrə Məmmədovadır.

Həsən Ağa