Erməni ictimai fəal: “Ermənistanın qarantı Azərbaycandır”

Erməni ictimai fəal: “Ermənistanın qarantı Azərbaycandır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nəhayət, sadə bir həqiqəti başa düşmək lazımdır ki, Ermənistanda sülh real ehtimala çevrilməyə başlayıb”.

Tribuna.az xəbər verir ki, bunu erməni ictimai fəal Anna Mirzoyan deyib.

Onun sözlərinə görə, Ermənistanın təhlükəsizliyi məsələsində özünə müttəfiq deyən deyil, o təhlükəsizliyi poza bilən qərar verir. “Bəli, nə qədər çoxlarının xoşuna gəlməsə də, təhlükəsizliyimizin əsas təminatçısı Azərbaycandır. Çünki qərarı verən Azərbaycandır”.

Mirzoyan Rusiyanın Ermənistanın müttəfiqi olmasına qarşıdır. Bunu isə belə əsaslandırır ki, Moskva üçün öz maraqları var. “Azacıq başqa xətt götürən kimi, Rusiya Azərbaycanı silahlandırdı. Bizi isə ofsaytda saxladı. Bu gün də bizimlə oyun oynayır”.

Fərda Uğur