Meşədə itən 3 yaşlı uşaq belə tapıldı -Video

Meşədə itən 3 yaşlı uşaq belə tapıldı -Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Samsun şəhərində oyun oynayarkən itkin düşən 3 yaşlı Göktürk K.A. saatlarla davam edən axtarışlardan sonra meşəlik ərazidə sağ-salamat tapılıb.

Tribuna.az xəbər verir ki, hadisə azyaşlı uşağın evlərinin yaxınlığında dostları ilə oynadığı zaman baş verib. Göktürkün bir müddət sonra görünmədiyini görən ailəsi dərhal 112 Təcili Çağırış Mərkəzinə müraciət edib.

Məlumat əsasında əraziyə cəlb olunan jandarma qüvvələri 26 əməkdaş və bir izaxtaran itin iştirakı ilə genişmiqyaslı axtarış əməliyyatına başlayıblar. Nəticədə 3 yaşlı uşaq evindən təxminən 1 kilometr aralıda yerləşən meşəlik ərazidə tapılıb.

Jandarma əməkdaşlarının Göktürkü tapdığı anlar onların üzərindəki kamera vasitəsilə qeydə alınıb. Kadrlarda balaca uşağın “Mən oradan bura gəldim, ağladım” dediyi, jandarma əməkdaşının isə ona “Aslan komando, sənə qurban olum” sözləri ilə təsəlli verdiyi görünür.

Azyaşlının sağlam vəziyyətdə ailəsinə təhvil verildiyi bildirilir. Hadisənin görüntüləri sosial şəbəkələrdə böyük maraqla qarşılanıb və minlərlə istifadəçi tərəfindən paylaşılıb.

Gülşən Rəsul