İran ABŞ-a raket və dornlarla cavab verəcək

İran ABŞ-a raket və dornlarla cavab verəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın hərbi və siyasi elitası ABŞ-la danışıqların dayanıdırlması və hücumlara davam edilməsinə tərəfdardır.

Tribuna.az xəbər verir ki, bunu onların verdikləri açıqlamalardan da aydın görmək mümkündür.

Belə ki, İranın Milli Təhlükəsizlik Komissiyasının üzvü İsmayıl Kövsəri bildirib ki, Amerika ilə qarşıdurmanı gücləndirmək vacibdir. “Onlar gücdən başqa heç nə anlamırlar”.

SEPAH-ın keçmiş baş komandanı və İranın dini lideri Müctəba Xameneyinin hərbi müşaviri Möhsün Rzayi isə ABŞ-a dron və raketlərlə cavab verəcəklərini bəyan edib. “Nə danışıqlarda, nə də atəşkəsdə ABŞ-nin şərtləri diktə etməsinə icazə verməyəcəyik. Hər bir atəşə və hər bir pozuntuya cavab — raket və  dron yağışıdır. Tarix geriyə dönməyəcək və təcavüzkar sürətlə cəzalandırılacaq”.

Fərda Uğur