Ayvazyan: “Bakının neft yataqlarını vura biləcək silahla alınmalıdır”

Ayvazyan: “Bakının neft yataqlarını vura biləcək silahla alınmalıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, mayın 28-də Ermənistanda hərbi parad keçirildi.

Tribuna.az xəbər verir ki, İrəvanda keçirilən hərbi parad ətrafında müzakirələr bu gün də davam edir.

Qeyd edək ki, Ermənistan hökuməti həmin silahlara 8 milyard dollar xərclədiyini bildirib. Lakin müxalifət bu silahların müdafiə xarakterli olduğunu bəyan edib.

Ekspert Armen Ayvazyan deyir ki, həmin silahlarla Azərbaycanın qarşısını almaq mümkün deyil. “Ermənistan ordusuna Bakı iştahasını boğacaq, Azərbaycanın Axilles dabanını – Abşeron yarımadasının neft sənayesi kompleksini vura biləcək hücum silahları lazımdır. Bu cür silahlar nümayiş etdirilməyib”.

Fərda Uğur