“Mənim qızımı niyə gətirməmisən, görərdim” – Video

“Mənim qızımı niyə gətirməmisən, görərdim” – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün Şuşa rayonunun Böyük Qaladərəsi kəndinə qayıdan sakinlərlə görüşüb.

Tribuna.az -ın məlumatına görə, kənd sakini Akif Qəhrəmanovun evində qonaq olan dövlət başçısının ağbirçək qadınla olan dialoqu maraqla qarşılanıb.

Həmin dialoqu təqdim edirik:

Prezident İlham Əliyev: Salaməleyküm.

Ağbirçək qadın: Sənə qurban olum, sənin başına dönüm. Nə yaxşı gəlmisən. Bu qapımız Sənin üzünə açıqdır.

Prezident İlham Əliyev: Siz də xoş gəlmisiniz doğma vətəninizə.

Ağbirçək qadın: Sənin hesabına, Sənin sayəndə gəlmişik. Allah Səni bizim üstümüzdən əskik etməsin.

Prezident İlham Əliyev: Sağ olun, çox sağ olun.

Ağbirçək qadın: Mənim qızımı niyə gətirməmisən, görərdim.

Prezident İlham Əliyev: Onun da salamı var sizə.

Ağbirçək qadın: Məndən çoxlu-çoxlu salamlar apar Şuşa qızıma.

Prezident İlham Əliyev: Mütləq. O da Şuşa qızıdır, bilirsiniz.

Ağbirçək qadın: Nə yaxşı ki, gəlmisən, bala. Bizi nə yaxşı ki, torpağımıza gətirmisən, ayağımız torpağımıza dəyib. Allah Səni min yaşatsın. Üstümüzdən əskik etməsin.

Prezident İlham Əliyev: Çox sağ olun, sağ olun. Siz də xoşbəxt yaşayın burada, doğma Qarabağ torpağında.