DER SPİEGEL: PUTİN KQB İLLƏRİNDƏ SADƏCƏ MƏMUR İDİ

DER SPİEGEL: PUTİN KQB İLLƏRİNDƏ SADƏCƏ MƏMUR İDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1980-ci illərdə Şərqi Almaniyada KQB işçisi olduğu illəri fərziyyələrə səbəb olan Rusiya prezidenti Vladimir Putinin Drezdendə işlədiyi müddətdə katiblik etdiyi iddia edilib.

Tribuna.az İndependent-ə istinadən xəbər verir ki, Putinin KQB illərini araşdıran Almaniyada nəşr olunan Der Spiegel jurnalı Rusiya liderinin KQB-dəki rolunun şişirdilmiş olduğu qənaətinə gəlib.

Belə ki, Kremlin ona tabe olan dövlətlərə təsirinin azaldığı gərgin dövrdə, 1985-ci ildə, 32 yaşında Putin Drezdenə göndərilib.

Ölkədə xidmət edən KQB zabitləri Şərqi Almaniyanın gizli polisi olan Ştaziyə dəstək vermək məcburiyyətində idilər, lakin bu missiya 1989-cu ildə Berlin divarının, iki il sonra isə SSRİ-nin dağılması ilə başa çatdı.

Lakin bu dövrlə bağlı Putinə aid edilən qəhrəmanlıq hekayələri zamanla əfsanəyə çevrildi. Bu əfsanələrin ən məşhurlarından biri də Rusiya dövlət televiziyasının hazırladığı sənədli filmdə Berlin divarı yıxıldıqdan sonra DTK binasına doğru gedən talançıların Putin tərəfindən dayandırıldığı iddiası olub.

Spiegel-in araşdırmasında belə bir hadisənin baş vermədiyi bildirilir.