DƏMİR YOLUNDA PARTLAYIŞ BAŞ VERDİ – LOKOMOTİV RELSDƏN ÇIXDI – FOTO,VİDEO

DƏMİR YOLUNDA PARTLAYIŞ BAŞ VERDİ – LOKOMOTİV RELSDƏN ÇIXDI – FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Relsdən çıxan qatar tikinti materialları və yanacaq daşıyırmış.

Tribuna.az Sputnik Armeniya-ya istinadən xəbər verir ki, Bryansk vilayətinin Uneçski rayonunda dəmiryol relslərində partlayıcı qurğu işə düşüb.

Bu barədə Bryansk qubernatoru Aleksandr Boqomaz Telegram kanalında məlumat verib.

“Bryansk-Uneça dəmir yolunun 136-cı km-də Unechski rayonunda naməlum partlayıcı qurğu işə düşüb, nəticədə yük qatarının lokomotivi relsdən çıxıb. Tələfat yoxdur”, – qubernator yazıb.

Onun sözlərinə görə, hazırda əməliyyat xidmətləri yerində işləyir. Yolun bu hissəsində nəqliyyatın hərəkəti dayandırılıb.
Bryansk vilayəti hökumətinin məlumatına görə, relsdən çıxan qatar yanacaq və tikinti materialları daşıyırmış.