DAĞILAN BİNANIN SƏBƏBKARI QAYIQLA XARİCƏ QAÇARKƏN YAXALANIB

DAĞILAN BİNANIN SƏBƏBKARI QAYIQLA XARİCƏ QAÇARKƏN YAXALANIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kahramanmaraşda yıxılan binalarla bağlı aparılan istintaqda haqqında həbs qərarı çıxarılan podratçı, Marmaris sahillərində qayıqla xaricə getməyə çalışarkən tutuldu.

Tribuna.az NTV-yə istinadən xəbər verir ki, Diyarbakırda sökülən binalarla bağlı “tikinti qüsurları və sütunların kəsilməsi” iddiaları ilə nəzarətə alınan 39 şübhəli arasında podratçıların da olduğu 15 nəfər həbs edilib.

Fevralın 6-da baş verən zəlzələlərdə dağılan binalardakı qüsurların müəyyən edilməsi ilə bağlı Diyarbakır Respublika Baş Prokurorluğu tərəfindən başladılan istintaq davam edir.

Malatyada baş verən zəlzələdə dağılan binalarla bağlı aparılan istintaq çərçivəsində isə 7 şübhəli həbs edilib.