ÇİNDƏ 300 MİN İŞSİZ GƏNC KƏNDLƏRƏ GÖNDƏRİLİR

ÇİNDƏ 300 MİN İŞSİZ GƏNC KƏNDLƏRƏ GÖNDƏRİLİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin cənub-şərqindəki Quangdonq əyalətində gənclər arasında işsizlik probleminə qeyri-adi bir həll təklif edildi: 300.000 gənc iş tapmaq üçün iki və ya üç il müddətinə kənd yerlərinə göndərilir.

Tribuna.az İndependentə istinadən xəbər verir ki, 125 milyondan çox əhalisi olan bölgə həm də ölkənin ən zəngin əyalətidir.

Rəsmi rəqəmlərə görə, Çində şəhərlərdə yaşayan 16-24 yaş arası gənclərin işsizlik səviyyəsi 19,6 faiz təşkil edir. Bu, bununla bağlı indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.

Prezident Xi Cinpinq də dekabr ayında şəhərdə yaşayan gəncləri “kənd iqtisadiyyatını canlandırmaq” çağırışı etdi.

Ölkədə iqtisadi artımın yavaşlaması işsizliyə səbəb kimi qiymətləndirilir. Çin iqtisadiyyatı 2022-ci ildə 3 faiz qeyd edərək, 1976-cı ildən bəri ikinci ən aşağı illik artım tempindədir.