CHP-Lİ KARACA: ZƏLZƏLƏNİN 9-CU GÜNÜ AK PARTİYA BƏLƏDİYYƏSİ QUMAR MASASINDA

CHP-Lİ KARACA: ZƏLZƏLƏNİN 9-CU GÜNÜ AK PARTİYA BƏLƏDİYYƏSİ QUMAR MASASINDA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

CHP-dən Gülizar Biçer Karaca Dənizlinin AK Partiya Acıpayam Bələdiyyəsinin zəlzələnin 9-cu günündə Kiprə təşkil etdiyi səfərdə qumar oynanıldığını iddia edərək, prezident Ərdoğana zəng edib.

Tribuna.az GazeteDuvar-a istinadən xəbər verir ki, CHP Dənizli Millət vəkili və İnsan Haqları üzrə sədr müavini Gülizar Biçer Karaca Dənizlinin AK Partiya üzvü Acıpayam Bələdiyyəsi ilə bağlı iddia irəli sürüb.

Gülizar Biçer Karaca zəlzələnin 9-cu günündə bələdiyyənin Kiprə təşkil etdiyi səfərdə iştirak edən əməkdaşların qumar oynadığını iddia edərək bəzi fotolar paylaşıb. CHP-dən Biçer Karaca paylaşımında prezident Ərdoğanı işarələyərək, “Bütün bu vicdansız, insanlıqdan kənar fiqurları işdən çıxaracaqsınız?”, – deyə soruşub.

Tribuna.az