ÇAVUŞOĞLUNDAN F-16 AÇIQLAMASI – VİDEO

ÇAVUŞOĞLUNDAN F-16 AÇIQLAMASI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici işlər naziri Mövlud Çavuşoğlu amerikalı həmkarı Blinkenlə birgə mətbuat konfransı keçirib.

Tribuna.az Hürriyet-ə istinadən xəbər verir ki, ABŞ-lı həmkarı Blinkenlə birgə mətbuat konfransı keçirən xarici işlər naziri Çavuşoğlu ABŞ rəhbərliyinin F-16 ilə bağlı tələbi dəstəklədiyini bildirib və prosesin sürətlə tamamlanmasının hər iki tərəf üçün faydalı olacağını vurğulayıb. “Biz Türkiyənin cənub sərhədindəki təhlükəsizlik narahatlığını anlayırıq” deyən Blinken, “Hazırda birlikdə işləməyə davam edirik” deyib.

ABŞ rəhbərliyinin F-16 tələbini dəstəklədiyini deyən Çavuşoğlu, “Sanksiyaların ən qısa zamanda aradan qaldırılmasını gözləyirik” deyib.

Çavuşoğlu prosesin sürətlə başa çatmasının hər iki tərəfin marağında olduğunu vurğulayıb.

Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə toxunaraq, “Türkiyə olaraq iki namizəd ölkədən gözləntilərimizi dəyərləndirdik” deyib.