“Türkiyə ABŞ və Avropa Birliyinin Rusiyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara qoşulmaq niyyətində deyil”.
Tribuna.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu məlumat verib.
“ABŞ və Aİ-nin Rusiyaya qarşı tətbiq etdiyi birtərəfli sanksiyalara qoşulmayacağıq. Biz öz maraqlarımızdan və öz rifahımızdan çıxış edirik. Bundan başqa, biz Montrö Konvensiyasının müddəalarının icrasını yaxından izləyirik”, – o, “Lider Haber” telekanalına müsahibəsində vurğulayıb.









