Almaniya Bundestaqının insan haqları komissiyasının rəhbəri Renata Alt bildirib ki, Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratması beynəlxalq hüququn pozulmasıdır.
Tribuna.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə Renata Alt öz Tviter səhifəsində yazıb.
“Azərbaycanın Dağlıq Qarabağdakı Həkəri körpüsündə yeni keçid məntəqəsi yaratması beynəlxalq hüququn pozulmasıdır. Bu, insanların və təchizatların bölgədə sərbəst hərəkətini çətinləşdirir. Azərbaycan insan hüquqlarına hörmət etməli və Beynəlxalq Ədalət Məhkəməsinin tələblərini yerinə yetirməlidir”, – Renata Alt paylaşımında yazıb.









