Təbii antibiotik olan soğandan istifadə edərkən onun qabığını soyuruq. Gözlərimizi yaşardan və yandıran bu qapıblardan tez qurtulmaqçun onları tez zibil qabına atırıq. Ancaq mütəxəssislərin fikrincə, soğan qabıqlarının atılması yanlış vərdişdir.
Tribuna.az xəbər verir ki, aparılan araşdırmalara görə, soğan qabıqları da soğan qədər faydalı və əhəmiyyətlidir. Belə ki, xüsusilə qış aylarında soğan qabıqları ilə hazırlanan çayın içilməsi immuniteti gücləndirir, qışda qrip kimi xəstəliklərdən qoruyur.
Soğan qabıqları həmçinin təbii saç açıcı funksiyasını da yerinə yetirir. Soğan qabıqlarının saxlandığı su ilə saçları yumaq saç rənginin açılmasına və daha parlaq olmasına səbəb olur.
Soğan qabığı açıq yara və cilddə yaranmış sızanaqlar üçün də effektiv vasitə hesab edirlir. Soğan qabıqlarının qaynadıldıqdan sonra içilməsi və ya yara olan yerin yuyulması problemi həll edə bilər.
Gün ərzində bir stəkan soğan qabığı saxlanılan suyun qəbulu insan orqanizmini sistemli şəkildə xəstəliklərdən tam qoruyur. Bu su damarları açır və nəticədə ürək və damar xəstəliklərindən qorumuş olur.









